Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, avqustun 20-də Sulutəpə qəsəbəsində Valeh Əhmədova bıçaqla xəsarət yetirən Muğdad Məmmədov sentyabrın 18-də yaxalanıb. O, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının səyi nəticəsində məsuliyyətə cəlb edilib.
Muğdad Məmmədov əvvələr də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov