25 Noyabr 2019 23:30
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində azərbaycanlı qadının ailəsində miras üstündə düşən dava ölümlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, 75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı qadın Məhəbbət Cəfərova və ikincinin qohumu Firdus Əliyeva ilə mübahisə edib.

Mübahisə zamanı qadınlar Hüseyn Yenə fiziki xəsarət yetiriblər. Türkiyəli ər odlu silahdan atəş açaraq Firdus Əliyevanı qətlə yetirib, Məhəbbət Cəfərovanı isə yaralayıb.

Yaralı ər və arvad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər