19 Sentyabr 2014 12:22
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

TRT-nin solisti Hatice Kaçmaz evlilik təklifini rədd etdiyi üçün Orxan M. tərəfindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, 15 yerindən bıçaqlanaraq öldürülən Hatice Kaçmaz sentyabrın 13-də öldürülüb. Onun meyiti iki gün öncə İstanbulun İbrahim Qaraqoç parkında tapılıb.

Həyat yoldaşını üç il öncə yol qəzasında itirən və üç yaşlı qızı olan Hatice Kaçmaza Orxan M. evlilik təklifi edib. Təklifi rədd etdiyi üçün öldürülən müğənni onu qaçırmaq istəyən Orxan M-nı söyüb.

Polisə ifadəsində Orxan M. deyib ki, Hatice Kaçmazın söyüşlərindən sonra özünü saxlaya bilməyib və onu bıçaqlayıb.

Ayxan


Müəllif: