26 Noyabr 2019 14:29
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə Vahid Əsgərovun kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Kasasiya şikayəti qisməm təmin edilib və Vahid Əsgərova şərti cəza verilib. O, azadlığa buraxılıb.

İttiham agörə, Vahid Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

O, xırda və iri buynuzlu heyvan ticarəti ilə məşğul olmaq və Rəsulzadə qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini satmağı təklif edərək İran vətəndaşının 130 697 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Afşin Gəncəlizadənin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan Vahid Əsgərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vahid Əsgərovun cəzasını 8 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər