19 Sentyabr 2014 13:00
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Fidan Məmmədova vurulub. Uşaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: