28 Noyabr 2019 13:05
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22.000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü polis şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.


Müəllif: Hacı Zeynalov