Bakıda qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Rafael Hüseynovun cinaytət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti poses dekabrın 6-da davam edəcək.
Qeyd edək ki, Sabunçu rayon Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rafael Hüseynov bu il aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.
Rafael Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
O, kriminal avtoritet kimi tanınır.