2 Dekabr 2019 12:20
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki,Tovuz və Şəmkir rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Torkiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov