19 Sentyabr 2014 17:54
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov Zaqatala şəhərində vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baş prokuror Zakir Qaralov avqustun 15-də vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 30-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Hacı Zeynalov


Müəllif: