19 Sentyabr 2014 21:36
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalya-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüsal Həsənova məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda "beşbarmağ"a oxşar predmetin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin yükə təkrar gömrük baxışı keçirmiş və bu zaman V.Həsənova məxsus çamadandan 1 ədəd metaldan hazır­lanan "beşbarmaq" aşkar olunub.

Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik soyuq silah olub və təyinatı üzrə istifadəyə yararlıdır.

Ayxan


Müəllif:

Oxşar xəbərlər