Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Sərxan Mahmudov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əhliman Hüseynov tutulub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, toy mərasimində Sərxan Mahmudovla mübahisə edib və onların mübahisəsi cinayətlə nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov