Bakının Xətai rayonunda sərnişini aldadan taksi sürücüsü tutulub.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Y. Səfərov küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin naməlum sürücüsü Bakı şəhər sakini Ənvər Cəfərovun 100 manat pulunu xırdalamaq adı ilə alaraq oradan uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, 1984-cü il təvəllüdlü Rəşad Əmrahov tutulub.
Hacı Zeynalov