23 Sentyabr 2014 13:09
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotik alverçisi həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Rza Qubadov tutulub.

Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldədüzəltmə tüfəng, 26 ədəd müxtəlia çaplı patron, 22 ədəd giliz və 250 qram barıt aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: