23 Sentyabr 2014 14:15
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin yayılmasında təqsirli bilinən Mingəçevir şəhər sakini, 1966-cı il təvəllüdlü Namiq Abdullayevin cinayət işinin məhkəmə baxışı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, ötən il avqustun 3-də Namiq Abdullayev şəxsiyyəti istintaqa məlum olmayan Həmid adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə hesab edilən tiryəki əldə edib. O, həmin narkotik vasitəni İrandan Türkiyəyə, ordan Gürcüstana, daha sonra Gürcüstandan təkrarən “Şıxlı” gömrük-nəzarət postundan gizli keçirməklə Azərbaycan ərazisinə keçirib.

Avqustun 6-da Namiq Abdullayev Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən Nəsimi rayonu, Bülbül prospektindəki 63 saylı evin qarşısında saxlanılıb. Onun idarə etdiyi “Hyndai” markalı avtomaşına baxış keçirilərkən ümümi çəkisi olan 540,76 qram tiryək aşkar edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Abdullayev cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Namiq Abdullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Namiq Abdullayevin apelyasiya şikayəti qismən təmin edilib.

Məhkəmə Namiq Abdullayevin cəzasından 2 il çıxıb və onun barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər