16 Yanvar 2020 13:25
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş G.Məhərrəmov Abşeron rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən 420 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işibaşlanıb.


Müəllif: Hacı Zeynalov