Türkiyənin Ərzurum vilayətində ərini güllələyən Kəzban K. Ersin K.nın onu aldatdığını bildirib. Kəzban ərini vurduqdan sonra mobil telefonundan 112-yə (Təcili yardıma) zəng edib. "Burada bir pisliyi vurdum. Gəlin alın" deyib.
Hadisə bu gün saat 09.00 merkezi Yakutiye küçəsində baş verib.Hadisənin şahidi olanlar "Maşından birlikdə düşdülər. Qadın silahını çıxartdı və həyat yoldaşını vurdu. Başından heç aralanmadı. Ərinin ölmədiyini görən qadın yenidən ona atəş açmaq istədi. Amma biz müdaxilə etdik. Ona niyə etdin deyəndə, qadın "uşağından belə xəbəri yox. Ölsün. Bir küçə qadınına görə bizi atdı", deyiblər.
Qadın özü əvvəl təcili yardıma, daha sonra isə polisə zəng vurub.
Kişi xəstəxanaya, qadınsa polisə aparılıb.
Ayxan