18 Yanvar 2020 18:05
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov