20 Yanvar 2020 11:23
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında kütləvi dava baş verib.

1 manat üstündə yaranmış dava nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev bıçaqla qətlə yetirilib.

Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Emil Məmmədov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

Kütləvi yaranan dava zamanı Vüsal Alnağıyev, Mirağa İbrahimov, Ağa Əsgərov, Gülnar Muradova, Eıturan Əlizadə də xəsarət alıb.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində günahkar Emil Məmmədov olduğu üzə çıxıb. O, xəstəxanada müalicəsi başa çatdıqdan sonra həbs olunub.

Onu da qeyd edək ki, qətlə yetirilən Elnur Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur.

İstintaq orqanı tərəfindən Emil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər