21 Yanvar 2020 15:01
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin tutulması ilə bağlı keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Belə ki, Baş İdarəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov tutularaq Baş İdarəyə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” markalı silah, ona məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***

11:11

Bakıda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov həbs edilib.

Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov