24 Sentyabr 2014 10:29
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyamaddin kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Şamxal Xankişiyev yaşadığı evdə özünü asaraq ölüb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Daşqın Abdullayev


Müəllif: