29 Yanvar 2020 20:47
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olaraq, Suraxanı RPİ 31-ci polis bölməsinə gətirilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com