Tərtər rayonunda əxlaqsızlıq yuvası aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ağalar İsrafilovun Azadqaraqoyunlu kəndində yerləşən “Sərin Ada” kafesində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Hacı Zeynalov