Bakının Səbail rayonunda ötən il baş verən oğurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il martın 14-də Pərviz Qasımovun mənzilindən 3200 ABŞ dollarını oğurlamış Bakı şəhər sakini Ağa Məmmədov tutulub.
Faktla bağlı istintaq gedir.
Hacı Zeynalov