25 Sentyabr 2014 17:33
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyan rayonunda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun və birliyin əməkdaşı Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 2 il müddətinə şərti cəza almalarını istəyib. Prokuror təqsirləndirilən şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin ləğv edilməsini və onların barəsində başqa yerə getməmək barədə qəti imkan tədbirinin seçilməsini tələb edib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Hökm sabah elan olunacaq.

Emil Məmmədov bu ilin mayın 13-də Salyan rayon Polis Şöbəsi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb. Onun ifadəsi əsasında Tofiq Qasımov da saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər