Bakının Nərimanov rayon ərazisində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Post Paxtrul Xidməti əməkdaşlarının birgə keçirdiyi müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində silah-sursat daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Bağırov müəyyən olunaraq saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman nömrəsi silinmiş “Makarov” tipli tapança və silaha məxsus 8 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.