28 Fevral 2020 14:53
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Buzovna qəsəbəsi, Koroğlu küçəsində naməlum şəxs və ya şəxslər S.Niftəliyevaya məxsus evdən pəncərənin dəmir barmaqlığını sındırmaqla otaqdan 550 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Daha sonra bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri müasir üsul və yeni metodla naməlum şəraitdə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü S.Poladov və onun həmyaşıdı R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.


Müəllif: Hacı Zeynalov