Daxili İşlər Nazirliyi müğənninin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 25-də saat 20 radələrində Xətai rayonu Zığ yolu küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Anar Naibovun idarə etdiyi “Opel”, Rüfət Salmanovun idarə etdiyi “QAZel” və Şahin Nərimanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Ş.Nərimanov və sərnişini - Bakı şəhər sakini Samirə Bayramova hadisə yerində ölüb, A.Naibov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Samirə Bayramova müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub. S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.
Hacı Zeynalov