Bakının Qaradağ rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Sənan Nəcəfli 15 yaşlı Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Samirə Məmmədovanın şikayətindən sonra Sənan Nəcəfli həbs edilib.
İstintaq orqanı tərəfindən Sənan Nəcəflinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Sənan Nəcəflinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayət işi üzrə istintaq davam edir.