27 Sentyabr 2014 10:15
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtoxuliqan saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, sentyabrın 26-sı saat 09:30 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi "Hyundai-Veloster" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan Sabunçu RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.


Müəllif: