Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.