29 Sentyabr 2014 12:53
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Masallı rayon sakinləri, 1989-cu il təvəllüdlü Ramin Abiyev və 1993-cü il təvəllüdlü Kamran Tumarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramin Abıyev Masallı rayonu Ərkivan kəndində özgənin əmlakını ələ keçirmək üçün tanışı Kamran Tumarovla cinayət əlaqəsinə girib.

Onlar 2013-cü ilin aprel ayının 22-də kənd sakini Vüsalə Məhərrəmovanın evindən oğurluq etmək qərarına gəliblər. Qadının evinə girən təqsirləndirilən şəxslər 20300 ABŞ dollarını aparıblar.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramin Abiyev 8 il, Kamran Tumarov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər