31 Mart 2020 15:42
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.

Teleqrafcom xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov