Abşeron rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 10-dan aprel ayının 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəhimov onun qardaşı T.Nəsrullayev saxlanılıblar.
Onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.
İstintaq araşdırması zamanı hər iki qardaşın əvvəllər məhkum olunduğu üzə çıxıb.