22 Aprel 2020 10:15
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda bacısının ərini bıçaqlamaqda təqsirli bilinən Əli Ələkbərlinin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, İmişli rayon Məhkəməsində hakim Qurban Hacıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Əli Ələkbərlinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, rayonun Yuxarı Qaralar kəndində 1998-ci il təvəllüdlü Əli Ələkbərli yeznəsi, 1990-cı il təvəllüdlü Cavid Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Əli Ələkbərli yeznəsii bacısını döydüyü üçün bıçaqlayıb. İstintaqa ifadəsində deyib ki, Cavid Məmmədov onun bacısını tez-tez döyüb, işgəncə verib.

O, əməlindən peşman olduğunu söyləyib.

Əli Ələkbərlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Hazırda İmişli rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər