1 Oktyabr 2014 09:39
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbənin Azərbaycan Qadını küçəsində Rafiq Kərimov həyat yoldaşı Xanım Kərimovanı bıçaqlayıb.

Xanım Kərimova 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Rafiq Kərimov hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları tərəfindən onun tutulması üçün əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: