1 Oktyabr 2014 17:28
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində sevgilisi tərəfindən yandırılan qız xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunan Lalə Xanıyeva dünyasını dəyişib. Onun meyiti ailə üzvlərinə verilib.

Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdub və Bakı-Quba yolunun 40-cı km-nə aparıb.

Orada və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin töküb yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər