Qazax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Rəfiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 442 qram marixuana aşkar edilib.
Bundan başqa, Neftçala rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Rzayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Sabirabad rayonunda isə oğurluq faktlarının üstünün açılması üçün əməliyyat keçirilib.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da Şəhriyar kəndi ərazisində N.Şahbazova məxsus 3 baş, F.Alıyevə məxsus 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Nərimankənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Nəsirov saxlanılıb.
Oxşar əməliyyat Yevlaxda da keçirilib.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Rzayev və əvvəllər məhkum olunmuş A.Qənbərov saxlanılıblar.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən yan güzgüsü, təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev saxlanılıb.