8 May 2020 16:57
2 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda qadına işlədiyi köşkdə təcavüz edən 1973-cü il təvəllüdlü Vaqif Məmmədovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq

İttihama görə, ötən il sentyabrın 8-də 1987-ci il təvəllüdlü paytaxt sakini L. A. Xətai rayonu, Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pul tələb edib.

Kassada olan 650 manatı götürən qarətçi hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu saxlanılıb.

İstintaq orqanı tərəfindən Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər