Bakıda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu kürəkəni tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.