15 May 2020 14:56
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alverində ittiham olunan Elman Nərimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Qaradağ rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının əməliyyatı nəticəsində Qobustan qəsəbəsində yaşayan Elman Nərimanov saxlanılıb. Onun evinə baxış keçirilərkən oradan ev sahibinə məxsus 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini etiraf edib.

Qeyd edək ki, Elman Nərimanov narkotik vasitələrin satışını Qobustan və ətraf qəsəbələrdə həyata keçirib.

Onun evindən hazır qablaşdırılan və satış üçün nəzərdə tutulan narkotik vasitələr aşkar edilib.

İstintaq orqanı tərəfindən Elman Nərimanovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər