2 Oktyabr 2014 16:38
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baş verən qəzalar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Rayon sakinləri Ayaz Fərhadovun idarə etdiyi “Rexton” və Zərqulu Babayevin idarə etdiyi “PAZ” markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və Z.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Gəncə şəhərində baş verib. Gəncə şəhərində şəhər sakini Anar Rəhimov idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarında tikilmiş hasara vurub. A.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində də ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəsəbə sakini Tofiq Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Səbinə Həbibovanı vurub. S.Həbibova xəstəxanaya aparılarkən yolda ölüb. Daha bir yol qəzası Xırdalan şəhərində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Ellada Əliyeva vurulub və o, hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər