22 May 2020 13:08
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Polis İdarəsi 43-cü polis bölməsi əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər