24 May 23:55
859

Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup naməlum kişi küçədə avtomatlardan atəş açıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerindən yayılmış görüntülərdən aydın olur ki, bir qrup kişi maşınlara əyləşərək dayanacaqdan uzaqlaşırlar. Bu zaman üç nəfərlik başqa bir qrup onlara atəş açmağa başlayır.

Baş verənləri şahidlər pəncərədən çəkiblər.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur.


Müəllif: Teleqraf.com