3 Oktyabr 2014 12:22
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində insan alverində təqsirli bilinən Şəki şəhər sakini Nərgiz Səmədovanın apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Nərgiz Səmədova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. Onun qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə göndərməsi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Səmədova 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nərgiz Səmədova apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın verilməsini xahiş edib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

Hacı Zeynalov


Müəllif: