28 May 2020 12:54
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda hədə-qorxu ilə pul tələb etmə və qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinərək həbs olunan məşhur güləşçi Məsim Qədirlinin barəsindsə seçilmiş həbs qətimka tədbirinin müddətinin artırılması barədə istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakimi Etibar Hümbətovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

Məsim Qədirlinin barəsində seçilmiş həbs qətimkan tədbinin müddəti 3 aya qədər artırılıb.

İstintaq orqanı tərəfindən Məsim Cavid oğlu Qədirlinin barəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.2.3-cü (hədə- qorxu ilə pul tələb etmə zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlər imza atıb.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər