Türkiyənin Ərzurum vilayətinin Çat rayonunun Kösələr kəndində qız qaçırma adəti faciə ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, zərərli adət üzündən ailələr arasında yaranan silahlı insident ölümlə nəticələnib.
Hadisə zamanı 5 nəfər Sıddık, Həsən, Baki, Sinan, Günəş və Sıracettin Yıldız dünyasını dəyişib. 4 nəfər isə ağır yaralanıb.
Ölənlərin 5-nin də qardaş olduğu deyilir.
Silahlı şəxslər hadisə yerindən qaçıblar.