31 May 2020 14:34
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsi narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan Şamil Qarayevin üzərinə baxış zamanı 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan digər şəxs, Balakən rayon sakini Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metanfetamin götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov