Bakıda iki yük avtomobili toqquşub, 1 nəfər yaralanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda iki “MAN” markalı yük avtomobili toqquşub, nəticədə yük avtomobillərindən biri ağır deformasiyaya uğrayıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.