Bu gün səhər saatlarında Salyan rayonunda “Moskviç” markal minik maşınını kanala aşıran sürücünün kimliyi müəyyən olunub.
Teleqraf.com virtualaz.org-a istinadən xəbər verir ki, sürücünün 57 yaşlı Bakı şəhər sakini Qalib Əkbər oğlu Əhmədov olduğu müəyyən edilib.
Amma onun yanında olan qadının şəxsiyyətini hələ ki dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, qəza zamanı avtomaşında olan hər iki şəxs şor su kollektoruna aşan “Moskviç”in içərisində boğularaq ölüb.
Qalib Əhmədov Bakı şəhərində yaşasa da Neftçala rayonunun Aşağı Surra kəndində torpaq alaraq fermer təsərrüfatı yaradıbmış.
Faktla bağlı araşdırma aparılır.