11 İyun 2020 11:23
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Maşxan kənd sakini Mirəli Bəşirovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam edən əməliyyat tədbiri ilə Mirəli Bəşirovun yaşadığı evin həyətinə keçirilən baxış zamanı oradakı yarımtikilidən 3 ədəd şəffaf şüşə balonda və 2 ədəd sellofan torbada ümumi çəkisi 6 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər